Məhkəmə qərarı ilə, Batumi Meriyasının məscidin inşaasına rədd cavabı verməsi ayrı-seçkilik idi

Batumi Şəhər Məhkəməsi Batumi Meriyası tərəfindən müsəlman icmasına qarşı ayrı-seçkilik münasibətini müəyyən etdi.

Hakim Cumber Bejanidze müsəlman icmasının, yeni məscidin tikilməsi barəsində şikayətini qismən təmin etdi. Məhkəmə ayrı-seçkilik faktını təsdiq etdi və Şəhər Meriyasına həvalə etdi ki, sənədləşdirməni yenidən müzakirə etsin.

Yeni Məscidin İnşaası Fondu və Gürcü Müsəlmanlar İttifaqı qəbul olunan qərardan məmnundurlar. Təşkilatın nümayəndələri deyirlər ki, ayrı-seçkilik faktının etiraf edilməsi önəmli hadisədir və onlar hüquqi mübarizələrini davam etdirəcəklər.

Məhmkəmə qərarının elan edilməsində munisipalitet nümayəndələri iştirak etməyiblər.

Batumidə yeni məscidin tikintisini müsəlman icması illərdir ki, tələb edir.