Məhdudlaşdırıcı orderin pozulmasına görə, altı ayda 144 nəfər məsuliyyətə cəlb olundu
Məhdudlaşdırıcı orderin pozulmasına görə, altı ayda 144 nəfər məsuliyyətə cəlb olundu

2019-cu ilin altı ayında məhdudlaşdırıcı orderin pozulmasına görə, 144 nəfər məsuliyyətə cəlb olundu, – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İctimaiyyətə 2019-cu ilin altı ayında məhdudlaşdırıcı orderin verilməsi və onun effektliyi haqqında məlumat vermək istəyirik.

Qurbanların zoraklıqdan müdafiə olunması üçün, Nazirlik sərt siyasəti yürütməyi davam etdirir.

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə, orderlərin pozulması sərtləşdirildi və onun pozulmasi elə ilk halında cinayət məsuliyyətinə cəlb olunur.

Qeyd olunan qanunvericilik dəyişikliklərinin qəbulu ilə, ailədə zoraklığa qarşı mübarizə və qurbanların təhlükəsizliyinin qorunması mexanizmləri yaxşılaşdırıldı”, – DİN-də bəyan edirlər.

Məhdudlaşdırıcı orderlərin verilməsinin bölgə göstəricisi belədir: Tbilisi – 2655; İmereti, Raça-Leçxumi, Kvemo Svaneti – 563; Kvemo Kartli – 477; Kaxeti – 443; Acara – 428; Şida Kartli – 345; Sameqrelo-Zemo Svaneti – 258; Mtsxeta-Mtianeti – 131; Samtsxe-Cavaxeti – 66; Guria – 33.