Medlin Mun - Rusiya istəyir ki, ayrıcı xətt müəyyənləşdirilmiş sərhəd olsun və çalışır ki, Gürcüstanı qanunsuz bölsün
Medlin Mun - Rusiya istəyir ki, ayrıcı xətt müəyyənləşdirilmiş sərhəd olsun və çalışır ki, Gürcüstanı qanunsuz bölsün

Rusiya istəyir ki, ayrıcı xətt müəyyənləşdirilmiş sərhəd olsun və çalışır ki, Gürcüstanı qanunsuz bölsün, – NATO-nun Parlament Assambleyasının prezidenti, Medlin Mun bəyan etdi.

Londonda NATO-nun Parlament Assambleyasının sessiyasında nitqlə çıxış edərkən Mun qeyd etdi ki, Rusiya müntəzəm olaraq sərhədi uzadır və ailələri və mülkiyyəti bölünən əhaliyə diqqət yetirmir.

“Gürcüstan və Ukrayna ilə bağlı edilmiş bəyanatlar və onların ərzilərinin qanunsuz işğalının pislənilməsinin fəxri keçmişi var. Halbuki bu yalnız sözlər deyil, biz öz dəstəyimizi və həmrəyliyimizi gəstərdik. Biz bunu 2017-ci ildə Tbilisidə etdik.

Cari ildə mən səfərlə Tbilisidə, eləcə də Kiyevdə idim ki, onlara avrointeqrasiya yolunda bizim dəstəyimizi göstərəm. Bilavasitə özüm görmək istəyirdim ki, Gürcüstan və Ukrayna Rusiyanın birbaşa aqressiyasına necə müqavimət göstərir. Cəmi bir neçə gün bundan əvvəl mən Cənubi Osetiya ətrafında ucaldılan inzibati ayrıcı xəttində oldum. Rusiya istəyir ki, ayrıcı xətt müəyyənləşdirilmiş sərhəd olsun və çalışır ki, Gürcüstanı qanunsuz bölsün”, – Medlin Mun bəyan etdi.