Medianın məlumatına görə, İranda koronavirusdan vəfat edənlərin real sayı rəsmi göstəricilərdən üç dəfə artıqdır
Medianın məlumatına görə, İranda koronavirusdan vəfat edənlərin real sayı rəsmi göstəricilərdən üç dəfə artıqdır

İranda koronavirusdan vəfat edənlərin real sayı rəsmi göstəricilərdən üç dəfə artıqdır.

Bu barədə məlumatı “BBC” yayır.

Medianın məlumatına görə, hökumətin qeydiyyatında deyilir ki, 20 iyul göstəriciləri ilə, ölkədə koronavirusdan 42 min insan vəfat edib, Səhiyyə Nazirliyinin göstəricilərinə əsasən isə, bu rəqəm 14 405 təşkil edir.

Bununla yanaşı, ölkədə virusa yoluxanların real göstəricisi, rəsmi göstəricilərdən üç dəfə artıqdır və 278 827 əvəzinə 451 024 təşkil edir.