Medianın məlumatına görə, bu gün ABŞ-da seçicilər kollegiyasının səsverməsi keçiriləcək
Medianın məlumatına görə, bu gün ABŞ-da seçicilər kollegiyasının səsverməsi keçiriləcək

Bu gün Amerika Birləşmiş Ştatlarında seçicilər kollegiyasının səsverməsi keçiriləcək. Məlumatı “Reuters” agentliyi yayır.

Seçicilər kollegiyası tərəfindən verilən səslər elə bu gün Konqressə göndəriləcək, səslər 6 yanvarda hesablanacaq və bununla seçkilərin bəyan edilməsi proseduru rəsmi olaraq başa çatmış olacaq.

Amerikada prezidenti birbaşa seçmirlər. Ölkənin birinci şəxsini 538 üzvdən ibarət seçicilər kollegiyası seçir. Co Baydenin 306 səsi, Donald Trampın isə, 232 səsi var.

Amerika Birləşmiş Ştatlarında ölkənin 46-cı prezidentinin andiçmə mərasimi 20 yanvarda keçiriləcək.