Medianın məlumatına görə, Britaniya ilə avia gediş-gəlişini Norveç də dayandırdı
Medianın məlumatına görə, Britaniya ilə avia gediş-gəlişini Norveç də dayandırdı

Böyük Britaniya ilə avia gediş-gəlişini Norveç də dayandırdı. Məlumatı “Qardian” nəşri yayır.

Nəşrin məlumatına görə, Norveç hökuməti Britaniya ilə avia gediş-gəlişini ən azından 48 saatlığına dayndırır. Səbəb Britaniyada aşkar olunan koronavirusun yeni növüdür.

Britaniyada koronavirusun yeni növü ötən həftə aşkar edildi. Norveçdə koronavirusun yayılmasından bu günə qədər 43 905 yoluxma halı qeydə alınıb, 404 pasiyent vəfat edib.