Medianın məlumatına görə, Braziliya hökuməti Böyük Yeddiliyin maliyyə yardımından imtina edir
Medianın məlumatına görə, Braziliya hökuməti Böyük Yeddiliyin maliyyə yardımından imtina edir

Medianın məlumatına görə, Braziliya hökuməti Böyük Yeddiliyin maliyyə yardımından imtina etdi. Bu barədə “BBC” məlumat yayır. Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, Braziliya hökuməti bu qərarın səbəbini açıqlamayıb. Lakin prezident Jiar Bolsonaro bəyan etdi ki, Fransa onlara koloniya kimi baxır.

Braziliya Müdafiə nazirinin, Fernando Silvanın bəyan etdiyinə görə, Amazon meşəsində yanğın nəzarət altındadır. Onun açıqlamasına görə, nazirlik fəlakətlə mübarizə üçün 44 min hərbçi ayırdı.

Fransa prezidenti, Emmanuel Makron Biaritsdə keçirilən zirvə toplantısından sonra bəyan etdi ki, Böyük Yeddilik liderləri Amazon meşəsindəki yanğının söndürülməsi üçün 22 milyon dollar ayıracaqlar.