Medianın məlumatına görə, Boris Consonun sağlamlıq vəziyyəti yaxşılaşdı
Medianın məlumatına görə, Boris Consonun sağlamlıq vəziyyəti yaxşılaşdı

Böyük Britaniyanın baş naziri, Boris Consonun sağlamlıq vəziyyəti yaxşılaşdı, – bu barədə BBC yazır.

Böyük Britaniya İctimai Yayımçısınımn jurnalistlərinin yaydığı məlumata görə, Boris Conson oksigen terapiyasını davam etdirir, lakin nəfəsalma aparatına qoşulmayıb.

Conson yenə də intensiv terapiya şöbəsində qalmaqdadır.

Bununla yanaşı “Daily Mail”-in məlumatına görə, Böyük Britaniyanın baş nazirinin temperaturu enib.

Boris Consonda koronavirus 27 martda təsdiq olundu.