Mədəniyyət Nazirliyi performansda Zurab Rtvelişvili adına premiya təsis edir
Mədəniyyət Nazirliyi performansda Zurab Rtvelişvili adına premiya təsis edir

Gürcüstan Mədəniyyət, İdman və Gənclərlə is üzrə nazir, tea Suluakiani bu gün keçirilən brifinqdə performansda Zurab Rtvelişvili adına premiyanın təsis edilməsi barəsində bəyan etdi.

Bununla yanaşı, tea Sulukianinin bəyan etdiyinə görə, Mədəniyyət Nazirliyi şair Zrtvelişvilinin yoldaşı, şair İrakli Kakabadzenin təşəbbüsüilə paylaşdı və qərar verdi ki, Mədəniyyət Nazirliyi və beynəlxalq partnyorların dəstəyi ilə Gürcüstanda Zurab Rtvelişvili adına beynəlxalq performansın festivalı təsis edilsin. İlk bənzər festivaı bu il payızda keçiriləcək və Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan premiya qalibə Zurab Rtvelişvilinin doğum günü, 16 oktyabrda veriləcək.

“2012-ci ilə qədər, Zurab Rtvelişvili seir və performansla ədalətsilik və hakimiyyət tərəfindən insanlara qarşı edilən sistem cinayəti ilə mübarizə aparırdı. Bizim borcumuzdur ki, onun sənətinə hörmət bildirək və bir daha göstərək ki, incəsənət bütün rejimlərə qarşı mübarizədə yenilməzdir”, – Sulukiani bəyan etdi.

Tea Sulukianinin dediyinə görə, Gürcüstanda Zurab Rtvelişvili adına beynəlxalq performans festivalının təsis edilməsi əhəmiyyətli incəsənət yeniliyidir. Onun əsas məqsədi, gürcü performansının beynəlxalq miqyasla populyarlaşdırılması və xarici performançıların əsərinin gürcü ictimaiyyətinə təqdim etməsidir. festivalda şairlər, musiqiçilər, aktyorlar, vizual və mültimedia aktyorları və başqa incasanət nümayəndələri iştirak edəcəklər.

gürcüstan Mədəniyyət Nazirliyində keçirilən brifinqdə nazirlə birlikdə İrakli Kakabadze, yazıçı, Penokspam premiya lauereatı və tanınmış şair Dato Çixladze iştirak edirdilər.