Mədəni İrs Mühafizəsi Agentliyi Ğintsvisi kilsəsində yeni döşəmənin düzülməsini qanunsuz və özbaşnalıq kimi dəyərləndirir
Mədəni İrs Mühafizəsi Agentliyi Ğintsvisi kilsəsində yeni döşəmənin düzülməsini qanunsuz və özbaşnalıq kimi dəyərləndirir

Gürcüstan Mədəni İrs Mühafizəsi Agentliyi Ğintsvisi kilsəsində dini şəxslər tərəfindən yeni döşəmənin düzülməsini qanunsuz və özbaşnalıq kimi dəyərləndirir.

Agentliyin bəyanatına görə, dövlət institutlarının və müvafiq restavrasiya motodologiyasının tam inkar edilməsi ilə yerinə yetirilmiş işlər qanunvericiliklə tamamamilə qarşı qarşıya gəlir.

İdarənin məlumatına görə, həyata keçirilmiş işlər Gürcüstan Patriarxlığının memarlıq, incəsənət və restavrasiya mərkəzinin şurası və Gürcüstan Mədəni İrs Mühafizəsi Agentliyi tərəfindən də dəyərləndirildi. Onların qərarı ilə, yeni düzülmüş döşəmə çıxarılmalı və neytral rəngli daşlarla, gürcü qarışıq üsul ilə düzülməlidir.

Abidələrin mühafizəsi prinsipindən irəli gələrək, Mədəni İrs Mühafizəsi Agentliyi məsələyə sonrakı münasibətin bildirilməsi məqsədi ilə, Gürcüstan Patriarxlığına yazılı şəkildə müraciət etdi.

Agentlik kilsənin yeni döşəməsinin fotolarını da yayır.