Maykl Blumberq ABŞ prezidentliyi marafonuna qoşulur
Maykl Blumberq ABŞ prezidentliyi marafonuna qoşulur

Maykl Blumberq ABŞ-ın prezidentlik marafonuna qoşulmaq üçün gərəkən prosedurlardan keçir.

Bu barədə məlumatı BBC yayır.

BBC-nin məlumatına görə, siyasətçi və biznesmen prezidentlik kampaniyasına qeydiyyat üçün ərizəsini daxil etdi.

Nyu-Yorkun sabiq meri hesab edir ki, demokratik partiyanın namizədləri prezident seçkilərində Donald Trampı məğlub etmək üçün kifayət qədər güclü deyillər.

Hal-hazırda 2020-ci ilin prezident seçkilərində Donald Trampa rəqiblik etmək üçün 17 demokrat namizədi hazırlaşır. Onların arasında sabiq vitse-prezident Co Baiden və Vermontun senatoru Berni Sanders də var.

Son günlərdə keçirilən sorğu-tədqiqatın nəticələrinə əsasən, demokratik partiyanın heç bir namizədi Donald Trampı məğlub etmək şansı yozdur.

Maikl Blumberq keçmişdə Uoll Stritin bankiri idi. Daha sonra o öz adına maliyyə nəşriyyatı yaratdı.

Maikl Blumberq xeyriyyəçiliyi ilə də tanınır. Filantrop biznesmen təhsil və tibb sahələrinə milyonlarla dollar xərcləyir.

2001-ci ildə, o Nyu-Yorkun meri oldu.

Bu vəzifəyə seçilmək üçün o demokratlar partiyasından respublikaçılar partiyasına keçməli oldu.

Seçildikdən sonra, Blumberq Nyu-York meri vəzifəsində 2012-ci ilə qədər qaldı.

Demokrat partiyasına isə, keçən il qayıtdı.