Mayk Pompeo və Sergey Lavrov telefon söhbəti zamanı Suriya münaqişəsi və Koreya yarımadasında mövcud olan problemləri müzakirə etdilər
Mayk Pompeo və Sergey Lavrov telefon söhbəti zamanı Suriya münaqişəsi və Koreya yarımadasında mövcud olan problemləri müzakirə etdilər

Suriya münaqişəsi və Koreya yarımadasında mövcud olan problemləri ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri telefon söhbəti zamanı müzakirə etdilər.

Reuters-in məlumatına görə, Mayk Pompeo və Sergey Lavrov həmçinin ikitərəfli əlaqələr və yaxın gələcəkdə Vaşinqton və Moskva arasında siyasi əlaqələrin cədvəli barəsində söhbət etdilər.