Mayk Pompeo avqust müharibəsinin 10 illiyində Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Mayk Pompeo avqust müharibəsinin 10 illiyində Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti oldu.

Gürcüstan prezidenti administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Mayk Pompeo Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyini bir daha təsdiq etdi.

İdarənin məlumatına görə, ABŞ dövlət katibi xüsusi ilə qeyd etdi ki, ABŞ Gürcüstan ərazilərinin işğalı ilə heç bir zaman barışmayacaq.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Amerika tərəfindən bəyan edilən dəstəyə görə, Mayk Pompeoya minnətdarlığını bildirdi.