Mayk Pompeo - ABŞ, Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən kiberhücumu pisləyir və Rusiyanı bənzər hərəkətlərin dayandırılmasına çağırır
Mayk Pompeo - ABŞ, Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən kiberhücumu pisləyir və Rusiyanı bənzər hərəkətlərin dayandırılmasına çağırır

Amerika Birləşmiş Ştatları Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən kiberhücumu pisləyir. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir. Bəyanatı ABŞ-ın Gürcüstandakı Səfirliyi yayır.

Elə onların bəyan etdiyinə görə, Amerika Birləşmiş Ştatları Rusiyanı Gürcüstanda və başqa yerdə bənzər hərəkətlərin dayandırılmasına doğru çağırır.

“Kiberhücumun sabitliyi dövlətin məsuliyyətli hərəkətindən asılıdır. Biz Gürcüstan və onun xalqı qarşısında söz veririk ki, kibertəhlükəsizliyin gücləndirilməsi və kiberaktorlar ilə mübarizədə dəsətək olacağıq”, – bəyanatda deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyində bu gün bəyan etdilər ki, 2019-cu ilin oktyabrında Gürcüstanda kiberhücumu, Rusiya Silahlı Qüvvələrinin başqərargahı həyata keçirdi. Yüzlərcə saytda, o cümlədən Birinci Kanalın vebportalında və daxili şəbəkədə problemlər yarandı. Gürcüstan Radiosu müvəqqəti yayımlarını dayandırdı.

Gürcüstan Daxili İşlər Nazirliyi qeyd olunanlarla bağlı istintaqa başladı.

Şərh yaz