Maya Tskitişvili Kelli Deqnan ilə görüşdü
Maya Tskitişvili Kelli Deqnan ilə görüşdü

Gürcüstanın baş nazir müavini, Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Tskitişvili ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan ilə görüşdü.

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Maya Tskitişvili səfirə ölkədə strateji əhəmiyyətli infrastruktur layihələri haqqında məlumat çatdırdı. Həmçinin söhbət Gürcüstanda Amerika institutlarının dəstəyi ilə həyata keçirilən layihələrə aid oldu.

“ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan ilə çox yaxşı və səmərəli görüşümüz var idi. Birləşmiş Ştatlar, layihələrimizin həyata keçirilməsində çox fəal yardım edir. “USAİD” ilə fəal əməkdaşlığımız var. Həmçinin Gürcüstanda Amerika institutlarının dəstəyi ilə həyata keçirilən layihələr barəsində söhbət etdik”, – Maya Tskitişvili bəyan etdi.

Tanışlıq xarakterli görüşü ABŞ-ın Gürcüstandakı səfiri müsbət dəyərləndirdi.

Görüş barəsində məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi yaydı.