Maskanın məcburi gəzdirilməsi qaydası ilə bağlı qanunvericilik dəyişikliklərini Parlament üçüncü dinləmə ilə təsdiq etdi
Maskanın məcburi gəzdirilməsi qaydası ilə bağlı qanunvericilik dəyişikliklərini Parlament üçüncü dinləmə ilə təsdiq etdi

Maskanın məcburi gəzdirilməsi qaydası ilə bağlı qanunvericilik dəyişikliklərini Gürcüstan Parlamenti üçüncü dinləmə ilə təsdiq etdi.

Qanunlayihəni 73 deputat dəstəklədi, əleyhinə çıxan olmayıb.

Prosedura əsasən, sənəd Gürcüstan prezidentinə göndəriləcək, Salome Zurabişvilinin imzasından sonra isə, qüvvəyə minəcək.

Qanunlayihəyə ilə müəyyən olunub ki, pandemiya və ya epidemiya zamanı qapalı məkanlarda toplaşarkən maskanın gəzdirilməsi qaydasının pozulması və ya maskası olmayan insanın müəssisəyə buraxılması zamanı fiziki şəxs 20 lari ilə, qapalı müəssisənin sahibi hüquqi şəxs isə, 500 lari ilə cərimələnəcək.

Dəyişikliklərlə, ictimai nəqliyyatla, metropolitenlə yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 20 lari ilə cərimələnəcək. Bununla yanaşı, təşəbbüslə, taksi ilə (M1 kateqoriya) yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 20 lari ilə cərimələnəcək.