Maskanın gəzdirilməsi harada məcburi olacaq - hökumətin qərarı
Maskanın gəzdirilməsi harada məcburi olacaq - hökumətin qərarı

Maskanın gəzdirilməsinin harada məcburi olacağı barəsində Gürcüstan hökuməti qərar qəbul etdi. Bu barədə hökumət administrasiyasının rəhbəri, Natiya Mezvrişvili bəyan etdi.

“Parlament 12 iyunda maskanın gəzdirilməsi qaydaslı ilə bağlı qanun qəbul etdi. Qapalı məkanlarda və ictimai nəqliyyatda”, – Natiya Mezvrişvili bəyan etdi.

Onun dediyinə görə, bəzi qruplar və kateqoriya insanları üçün, onun sağlamlıq vəziyyəti və yaşından irəli gələrək, müəyyən istisnalar tədbiq olundu. Onlar maskanın gəzdirilməməsi üçün cərimələnməyəcəklər.

Bundan başqa, maskanın gəzdirilməsi altı yaşına qədər olan uşaqlar, MİM şəxslər və müəyyən problemləri olan insanlar üçün məcburi olmayacaq.

Qanunda qeyd olunub ki, pandemiya və ya epidemiya zamanı qapalı məkanlarda toplaşarkən maskanın gəzdirilməsi qaydasının pozulması və ya maskası olmayan insanın müəssisəyə buraxılması zamanı fiziki şəxs 20 lari ilə, qapalı müəssisənin sahibi hüquqi şəxs isə, 500 lari ilə cərimələnəcək.

Dəyişikliklərlə, ictimai nəqliyyatla, metropolitenlə yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək. Bununla yanaşı, təşəbbüslə, taksi ilə (M1 kateqoriya) yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 20 lari ilə cərimələnəcək.