Maskanın gəzdirilməsi bu həftədən məcburi olacaq, çünki Parlament qanunvericilik dəyişikliklərini sürətləndirilmiş qaydada qəbul edəcək
Maskanın gəzdirilməsi bu həftədən məcburi olacaq, çünki Parlament qanunvericilik dəyişikliklərini sürətləndirilmiş qaydada qəbul edəcək

Maskanın gəzdirilməsi bu həftədən məcburi olacaq, çünki Parlament qanunvericilik dəyişikliklərini sürətləndirilmiş qaydada qəbul edəcək. Dəyişikliklər büro iclasına bu gün təqdim olunacaq. Onun üzərində müzakirə isə, cari plenar iclasları həftəsində planlaşdırılır.

Qanunlayihə ilə konkretləşdirilir ki, izolasiya və ya karantin qaydaları ilə müəyyənləşdirilən qapalı məkanlarda toplaşarkən maskanın gəzdirilməsi qaydasının pozulması və ya maskası olmayan insanın müəssisəyə buraxılması zamanı fiziki şəxs 50 lari ilə, qapalı müəssisənin sahibi hüquqi şəxs isə, 500 lari ilə cərimələnəcək.

Dəyişikliklərlə, ictimai nəqliyyatla, metropolitenlə yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək.

Bununla yanaşı, təşəbbüslə, taksi ilə (M1 kateqoriya) yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək.