Martvilidə, avtoqəza nəticəsində bir nəfər həlak oldu
Martvilidə, avtoqəza nəticəsində bir nəfər həlak oldu

Martvili munisipalitetinin Qaçedili kəndində, Naxunaodan Böyük Çxoniyə gedən minik avtomobil anidən yoldan kənara çıxdı və alovlandı.

Avtomobil sürücüsü hadisə yerində həlak oldu, yanındaki yolçu isə, ağır yaralandı və Kutaisi klinikalarından birinə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı, Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi ilə istintaq aparılır.

Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.