Martvili Polis İdarəsində Martvili və Çğondidi Yeparxiyasında baş verən faktla bağlı dindirmələr aparılır
Martvili Polis İdarəsində Martvili və Çğondidi Yeparxiyasında baş verən faktla bağlı dindirmələr aparılır

Daxili İşlər Nazirliyinin Martvili Polis İdarəsində Martvili və Çğondidi Yeparxiyasında baş verən faktla bağlı şahidlərin dindirilməsi aparılır.

Necə Yeparxiyanın dini şəxsləri, eləcə də media nümayəndələri sorğu olunurlar.

Dünən Martvilidə baş verən insident zamanı yeddi nəfər xəsarət aldı. O cümlədən altı media nümayəndəsi.

Qarşıdurmaya səbəb Yeparxiyaya yeni təyin olunmuş mitropolit Stepane tərəfindən iki dini şəxs, Konstantine Qabisoniya və Petre Ğuduşaurinin dini rütbəsinin əlindən alması oldu.

Qarşıdurma zamanı, Yeparxiyanın ikinci mərtəbəsinin eyvanından bir neçə insan yıxıldı. Xəsarət alanları xəstəxanaya apardılar.

Möminlərin bir hissəsi tələb edir ki,  yeni təyin olunmuş mitropolit Stepane Yeparxiyanı dönmədən tərk etsin.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə iş qaldırdı.