Martkopidə qətl cinayəti törədilib
Martkopidə qətl cinayəti törədilib

Qardabani Munisipalitetinin Martkopi kəndində qətl cinayəti törədilib.

Mövcud olan məlumata görə, 20 yaşlı gənci öz kəndlisi olan yeniyetmə soyuq silahla qətlə yetirib.

Qətlin motivi hələlik naməlumur.

Yayılan məlumata görə, qətlə yetirilən və cinayətkar arasında daha öncə də insindent baş vermişdi.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, baş verən faktla bağlı, qətl ciniyətinin şübhəlisi olan yeniyetmə həbs edilib.

İstintaq 108-ci, qəstlə qətlə yetirmək maddəsi ilə aparılır.