Martın 20-dən DİN-in Xidmətlər Agentliyinin imtahan prosedurları dayandırılacaq
Martın 20-dən DİN-in Xidmətlər Agentliyinin imtahan prosedurları dayandırılacaq

Yeni koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi martın 20-dən, sürücülük vəsiqəsi almaq üçün teoriya və praktika imtahalarını müvəqqəti olaraq, dayandırır.

Yeni requlyasiyalara əsasən, həmçinin odlu silah qeydiyyatı ilə bağlı prosedurlar və imtahanlar da dayandırlır.

İmtahanları yarım qalanlar isə, normal iş prosesinin bərpasından sonra, 30 gün ərzində imtahanlarına davam edə biləcəklər.

Xidmətlər Agentliyi tərəfindən verilən arayışlara və sənədlərə gəlincə isə, mühakimə olunmama haqında arayış və digər sənədlər elektron şəklində, sa.gov.ge veb-səhifəsi vasitəsi ilə veriləcək.

Digər arayışlar isə, xidmətlər agentliyinin müxtəlif filiallarında veriləcək.