Marneulinin "Geo Hospitals" klinikasında heç bir pasientdə virus təsdiqlənmədi
Marneulinin "Geo Hospitals" klinikasında heç bir pasientdə virus təsdiqlənmədi

Marneulinin  “Geo Hospitals” klinikasında  “Kovid – 19” üzrə müayinə olunan doqquz pasientin heç birində  koronavirus təsdiqlənmədi. Bu haqda Gürcüstanın Birinci Kanalına klinikadan bəyan etdilər.

Həkimlərin verdiyi məlumata görə, pasientlərin sağlamlıq vəziyyöəti qənaətbəxşdir və müalicə kursunun sonlanmasından sonra onlar klinikanı tərk edə biləcəklər.