Marneulidə səhra hospitalında olan altı pasientdə koronavirus təsdiq olunmadı
Marneulidə səhra hospitalında olan altı pasientdə koronavirus təsdiq olunmadı

Marneulidə səhra hospitalında olan 18 pasientin cavabını gözləyirlər. Gürcüstanın Birinci Kanalının yerindən verdiyi məlumata görə, testlər Luqar Laboratoriyasına göndərilib və cavab gün ərzində məlum olacaq.

Səhra hospitalında olan daha altı pasientdə koronavirus təsdiq olunmadı. Onları karantinə aparırlar. Onların hamısının yüksək temperaturu var idi və testlər buna görə lazım gəldi.

Marneulidə səhra hospitalını Fövqəladə Hallar İdarəsi Xidməti təşkil etdi. Buraya istənilən vətəndaş, əgər koronavirusa bənzər simptomları aşkar edilsə, özü də gedə bilər.

Xüsusi quraşdırılmış çadırda vətəndaşları həkimlər və epidemioloqlar yerindəcə yoxlayırlar. Həmçinin bokslaşdırılmış çadır da quraşdırılıb. Hospital eyni zamanda cəmi 100 pasienti müalicə edə bilər.