Marneulidə hərəkətə olan məhdudiyyətlər aradan götürüldü
Marneulidə hərəkətə olan məhdudiyyətlər aradan götürüldü

Marneulidə sərt karantin başa çatdı. Munisipalitetdə hərəkətə olan məhdudiyyətlər aradan götürüldü. Vətəndaşlar bir yerdən başqa yerə problemsiz gedə bilərlər.

Munisipalitetin girişində xüsusi olaraq quraşdırılmış buraxılış məntəqəsinin demontajı dünən həyata keçirildi. Demontaj işlərində Kvemo Kartli qubernatoru, Marneuli meri və Sakrebulo nümayəndələri iştirak edirdilər.

Marneulidə sərt karantin 23 martda epidemioloji duruma görə elan edildi.

Bununla yanaşı, ölkədə yenə komendant saatı qüvvədədir. Saat 21:00-dan saat 06:00-a qədər hərəkət qadağandır.

Yeni koronavirusun prevensiyası məqsədilə, ölkədə fövqəladə vəziyyət 22 marta qədər elan edilib.