Marneulidə "Gürcü Arzusunun" seçki bannerini zədələdilər
Marneulidə "Gürcü Arzusunun" seçki bannerini zədələdilər

Marneulidə “Gürcü Arzusunun” seçki bannerini zədələdilər.

Marneuli və Qardabanidə “Gürcü Arzusunun” majoritar deputatlığa namizədi, Zaur Darğallı baş verənlərdə müxalifəti günahlandırır və bəyan edir ki, bu ilk hal deyil.

Elə onun dediyinə görə, bənzər hərəkətlər bir tərəfdən partiyaya qarşı, bir tərəfdən isə, şəhərin görünüşünün eybəcərləşdirilməsinə yönəldilib.

“Gördüyünüz kimi, müxalif qüvvələr tərəfindən, təxribatlardan başqa, vandal faktları da yer alır. Dünən bizim bannerimizi, eləcə də özəl mülkiyyəti zədələdilər. Xüsusilə qeyd etmək istəyirəm ki, munisipalitet miqyası ilə bənzər faktlar çoxdur. Plakatlar kəndlərdə də zədələnib. Öz fəallarına birbaşa tapşırıq veriblər ki, şəhər və kəndlərdə bizim plakatlarımızı zədələndirsinlər. Bunun nümunəsi dünən baş verən fandal faktıdır. Bənzər hərəkətlər bir tərəfdən partiyaya qarşı, bir tərəfdən isə, şəhərin görünüşünün eybəcərləşdirilməsinə yönəldilib. Faktla bağlı iş üzrə istintaqa başlanılıb”, – Zaur Darğallı bəyan etdi.