Marneulidə ərzaq paylanılmasına başlanılır
Marneulidə ərzaq paylanılmasına başlanılır

Marneulidə ərzaq və ilkin medikamentlərin paylanılmasına başlanılır.

Munisipalitet miqyasında hər bir ailəyə, mövcud siyahıya uyğun olaraq, bütün lazımı ərzaqlar veriləcək.

Eyni zamanda sahə hospitalı da zərurət yaranacağı halda pasiyentləri qəbul etməyə hazır vəziyyətə gətirilib.

Tibb işçiləri isə Covid 19-un yayılmasının prevensiyası çərçivəsində ailələri yoxlayırlar.

Şəhər və kəndlərdə sakinləri koronavirus ilə əlaqədar məlumatlandırmaq üçün informasiya kampaniyası başladılıb.

Moambe informasiya buraxılışının çəkiliş qrupu karantin müddəti boyunca xüsusi təchizatla təmin olunmuş şəkildə Marneuli və Bolnisidə işləyəcək.

Müəllif – Sevinc Mustafayeva

Şərh yaz