Marneulidə dünən götürülən dörd analizdən heç birində koronavirus təsdiq olunmadı
Marneulidə dünən götürülən dörd analizdən heç birində koronavirus təsdiq olunmadı

Marneuli meri, Zaur Darğallının bəyan etdiyinə görə, Marneulidə dünən götürülən dörd analizdən heç birində koronavirus təsdiq olunmadı.

Zaur Darğallının qeyd etdiyinə görə, dünən Maradisdə koronavirusu təsdiq olunan insan sərt izolasiyada idi və heç kimlə əlaqəsi olmayıb.

“Bu gün heç kimdə koronavirusun təsdiq olunmaması faktı hamımızı sevindirir. Artıq 11-ci gündür ki, Marneulidə yeni kontaktlar qeydə alınmayıb”, – Darğallı bəyan etdi.

Elə onun dediyinə görə, Marneulidə sosial yardım layihəsi fəal olaraq davam etdirilir.