Marneulidə açıq aqrar bazarı açıldı (foto/video)

Marneuli munisipalitetində açıq aqrar bazarı açıldı. Polis və Marneuli Nəzarət Xidməti yerində səfərbər olunub. Onlar vətəndaşlar arasında məsafənin müdafiə olunmasını təmin edirlər.

Aqrar bazarına daxil olanların hamısı yoxlamadan keçirlər. Hər bir avtomobilə dezinfeksiya edilir, vətəndaşlara isə, maskalar və əlcəklər verilir.

Marneuli munisipalitetinin meri, Zaur Darğallı səhər saat 07:00-dan oradadır və duruma şəxsən nəzarət edir.

Kənd Təsərrüfatı naziri müavini, Solomon Pavliaşvili də Marneuli Aqrar Bazarındadır. Onun dediyinə görə, bazar Milli Qida Agentliyinin tələb etdiyi meyarlara cavab verir.

Marneulinin majoritar deputatı, Tamaz Naveriani də oradadır.