Marneuli-Sadaxlı yolunda baş verən qəza nəticəsində iki nəfər həyatını itirdi, 11-i isə, xəsarət aldı
Marneuli-Sadaxlı yolunda baş verən qəza nəticəsində iki nəfər həyatını itirdi, 11-i isə, xəsarət aldı

Marneuli-Sadaxlı yolunda, mikroavtobus və minik avtomobilin toqquşması nəticəsində baş verən qəza zamanı iki nəfər həlak oldu, 11-i isə, ağır xəsarət aldı

Həyatını itirənlər minik avtomobilin sürücüsü və onun həyat yoldaşıdır.

Mikroavtobusun xəsarət alan yolçuları isə, Geo Hospital xəstəxanasına aparılıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Birinci Kanal verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı cinayət məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.