Marneuli munisipalitetinin Qaçağan kəndində yeni ictimai mərkəz açılacaq
Marneuli munisipalitetinin Qaçağan kəndində yeni ictimai mərkəz açılacaq

Marneuli munisipalitetinin Qaçağan kəndində ilin sonuna qədər yeni ictimai mərkəz açılacaq. Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani Qaçağanda tikilən ictimai mərkəzi gözdən keçirdi və tikinti işləri ilə tanış oldu.

Tea Sulukianinin təşəbbüsü ilə, ictimai mərkəzlərin tikintisinin önəmli prioritetlərindən birini məhz elə milli azlıqlarla məskunlaşmış böyük kəndlər təşkil edir.

Ədliyyə Nazirliyinin məlumatına görə, ictimai mərkəz altı kəndin 20 000 əhalisinə xidmət göstərəcək.

Qaçağanda ictimai mərkəzin tikintisi cari ilin iyun ayında başladı.