Marneuli munisipalitetində sosial cəhətdən müdafiəsiz əhaliyə qida məhsulları paylanılır
Marneuli munisipalitetində sosial cəhətdən müdafiəsiz əhaliyə qida məhsulları paylanılır

Marneuli munisipalitetində sosial cəhətdən müdafiəsiz əhaliyə qida məhsullarını paylayırlar.

Marneuli meri, Zaur Darğallının məlumatına görə, yerli hakimiyyət yerli biznesin yardımı ilə, bu gün daha 1300 ailəyə yardım edəcək.

“Bizim əsas istiqamətlərimizdən biri ailələrə yardımdır. Sosial cəhətdən müdafiəsizlərə müxtəlif istiqamətlə yardım edirik. 1300 ailə artıq yardımı aldı, bu gün daha 1300 ailə yardım alacaq. Müxtəlif növ qida məhsullarıdır. Uşaq qidaları ilə də, medikamentlər ilə də yardım edirik. Bu proses Marneulidə fəal davam etdiriləcək və buna yerli biznes fəal qoşulubdur”, – Zaur Darğallı bəyan etdi.

Onun dediyinə görə, bunun üçün məbləğlər munisipalitetin ehtiyyat fondundan da ayrılıb.

“Həmçinin bunun üçün munisipalitetin ehtiyyat fondundan 100 000 lari ayrılıb”, – Darğallı qeyd etdi.