Marneuli munisipalitetində nəzarət buraxılış məntəqəsi ləğv olundu
Marneuli munisipalitetində nəzarət buraxılış məntəqəsi ləğv olundu

Gürcüstan hökuməti koordinasiya şurasının qərarı ilə, Marneuli munisipalitetində məhdudiyyətlər aradan götürüldü. Dünən gecə Gürcüstan Müdafiə Nazirliyi nümayəndələri mövcud olan nəzarət buraxılış məntəqəsinin demontajını həyata keçirdilər, – məlumatı Müdafiə Nazirliyi yayır.

İdarənin məlumatına görə, güclü işiqlandırma sistemi, müşahidə kameraları, dəmir-beton baryerləri və səhra tibbi çadırları söküldü.

Müdafiə Nazirliyində qeyd edirlər ki, Marneuli və Bolnisidə karantin 23 martda elan edildi. Bu mərhələdə məhdudiyyətlərin aradan qaldırılması Tetrisğaro və Bolnisiyə aid deyil. Burada nəzarət buraxılış məntəqələri yenə də qalır və hərbi xidmətçilər tərəfindən hüquqmühafizəçilər ilə birlikdə 24 saatlıq rejimdə maşınların yoxlanılması, dezinfeksiya və əhalinin termoskrininqi həyata keçirilir.