Mariyam Caşi - konstitusiya dəyişikliklərini dəstəkləməliyik, ölkə üçün bu cür əhəmiyyətli razılaşmanın pozulmasına heç kimə icazə verməməliyik
Mariyam Caşi - konstitusiya dəyişikliklərini dəstəkləməliyik, ölkə üçün bu cür əhəmiyyətli razılaşmanın pozulmasına heç kimə icazə verməməliyik

Konstitusiya dəyişikliklərini dəstəkləməliyik, ölkə üçün bu cür əhəmiyyətli razılaşmanın pozulmasına nə “Gürcü Arzusuna” və nə də hansısa müxalif partiyasına icazə verməməliyik, – bu barədə “Müstəqil deputatlar” fraksiyasının sədri, Mariyam Caşi Gürcüstanın Birinci Kanalına bəyan etdi.

“Bu günə qədər fraksiyamızın mövqeyi idi ki, seçkilərin müzakirəsi şərtilə konstitusiya dəyişikliklərini dəstəkləyirik, əlavə müzakirələrimiz olacaq, lakin düşünmürəm ki, fraksiyanın mövqeyi dəyişəcək. İlk növbədə konstitusiya dəyişikliklərini dəstəkləməliyik, ölkə üçün bu cür əhəmiyyətli razılaşmanın pozulmasına heç kimə icazə verməməliyik”, – Mariyam Caşi bəyan etdi.