Marixuananın həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında, xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi sərt şəkildə cəzalandırılacaq
Marixuananın həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında, xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi sərt şəkildə cəzalandırılacaq

Marixuananın ictimai yerlərdə, ictimai nəqliyyatda, həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında, xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi sərt şəkildə tənzimlənəcək və cəzalandırılacaq, – bu barədə baş nazir, Mamuka Baxtadze hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, marixuananın istifadəsi ilə bağlı konstitusiya məhkəməsinin qərarından sonra, ölkə yeni hüquqi reallıq qarşında durdu, marixuananın şəxsi məkanda istifadəsi cinayət hesab olunmur.

“Məhkəmənin qərarı dərc olunan kimi mən, Daxili İşlər Nazirliyinə müvafiq qanunlayihənin hazırlanmasını həvalə etdim. Müvafiq olaraq indi yeni qanunlayihə hazırlandı və hökumət iclasında müzakirə olunandan sonra parlamentə göndəriləcək.

Qanunlayihəyə uyğun olaraq marixuananın ictimai yerlərdə, ictimai nəqliyyatda, həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında, xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi sərt şəkildə tənzimlənəcək və cəzalandırılacaq”, – baş nazir bəyan etdi.

Eyni zamanda, baş nazirin dediyinə görə, qeyd olunan tənzimləmə ictimai xadimlərə, pedaqoqlara, həkimlərə və başqa peşə nümayəndələrinə aid olacaq.

Bununla yanaşı, Baxtadzenin qeyd etdiyinə görə, marixuananın alveri yenə də cinayət olaraq qalır və cazalandırılır.