Marixuananın qanunlayihəsi ilə bağlı, dini şəxslər Sameba Məbədinə tərəf yürüş təşkil edəcəklər
Marixuananın qanunlayihəsi ilə bağlı, dini şəxslər Sameba Məbədinə tərəf yürüş təşkil edəcəklər

Marixuananın qanunlayihəsi ilə bağlı, dini şəxslər bu gün Sameba Məbədinə tərəf yürüş təşkil edəcəklər, – bu barədə Ata Şalva Kekeliya Tbilisi Sakrebulosu önündə etiraz aksiyası zamanı bəyan etdi.

“Pak və Müqəddəsin xahişi var ki, bütün dini şəxslər, hamımız onun yanına toplaşaq və sonra birlikdə Sameba Kafedral Məbədi önünə yürüşlə gedək.

Çox yaxşı olar ki, əhalinin bir hissəsi də ora gəlsin”, – Ata Şalva Kekeliya bəyan etdi.

Dini şəxslər Sakrebulo önündə aksiya keçirdilər və bəyan etdilər ki, Gürcüstan əhalisi marixuananın leqal becərilməsinə yol verməyəcək.

Ona qədər marixuana məsələsi barəsində Patriarxlıqda görüş keçirdilər.