Marixuana haqqında hazırlanmış yeni qanunvericilik təşəbbüsü nələri nəzərdə tutur
Marixuana haqqında hazırlanmış yeni qanunvericilik təşəbbüsü nələri nəzərdə tutur

Gürcüstan Daxili İşlər Nazirliyi marixuana haqqında hazırlanmış yeni qanunvericilik təşəbbüsünün nələri nəzərdə tutuması barəsində məlumat yayır.

DİN-in məlumatına görə, nazirlik tərəfindən qanunlayihə, marixuananın istifadəsinin sərt məhdudiyyətini nəzərdə tutur.

Gürcüstan Daxili İşlər Nazirliyində bəyan edirlər ki, hökumət tibbi və kosmetik məqsədi ilə, maruxuananın becərilməsi-istehsalı məsələsi barəsində qanunvericilik dəyişikliyi zərfini hazırlandı. Qeyd olunan qanunlayihə hökumətə bu gün təqdim olundu.

Yeni qanunlayihəyə uyğun olaraq, marixuananın istifadəsi sərt hüquqi çərçivələrə alınır, daha dəqiq:

•Marixuananın ictimai yerlərdə, ictimai nəqliyyatda, həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında istifadəsi qadağan olunur;

•Marixuananın istifadəsi 21 yaşınadək olan şəxslərə qadağan olunur;

•Marixuananın xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi qadağan olunur;

•Marixuananın istifadəsi üçün qanunlayihə müəyyən peşəkar insanların, peşəkar fəaliyyəti hüququnun dayandırılmasını nəzərdə tutur;

•Marixuananın populyarlaşdırılması və reklamı sanksiyası artır;

•Marixuananın istifadəsi zamanı sükan arxansnda nəqliyyat vasitəsini idarə etmək cinayət məcəlləsi ilə cəzalandırılır.

Bununla yanaşı, qanunlayihə ilə marixuananın alveri yenə də cinayət olaraq qalır və cazalandırılır.