Mamuka Xazaradze - heç cür güzəşt, sonuna qədər mübarizə
Mamuka Xazaradze - heç cür güzəşt, sonuna qədər mübarizə

Bidzina İvanişvilinin bu tamaşası keçməyəcək, heç cür güzəşt, sonuna qədər mübarizə, – bu barədə “Lelo Gürcüstan üçün” siyasi partiyasının təsisçisi, Mamuka Xazaradze bəyan etdi.

Xazaradzenin dediyinə görə, sonuna qədər mübarizə aparacaqlar ki, bugünki mövcud olan sistem dəyişsin və ölkədə vəziyyət yaxşılaşsın.

“İlk növbədə, mənim və Badri Caparidze üçün də bizim dostumuz, Avto Seretelinin sağlamlıq durumu önəmlidir. Onu faktiki olaraq o cür duruma gətirdilər ki, onun sağlamlığı dözə bilmədi. İstənilən ssenaridə, istənilən təziq təqdirində, Bidzina İvanişvilinin bu tamaşası keçməyəcək, heç cür güzəşt, sonuna qədər mübarizə. Bidzina İvanişvili kriminal mentaliteti olan insandır və bu mentallığı təəssüflər olsun ki, gənclərdə, gənc prokurorlarda, gənc hakimlərdə tədbiq edir və onsuz da zəhərlənmiş sistemi zəhərləndirir. Buna görə mübarizə sonuna qədər olacaq ki, bugünki mövcud olan sistem dəyişsin və ölkədə vəziyyət yaxşılaşsın”, – Mamuka Xazaradze bəyan etdi.