Mamuka Mdinaradze - Narkorealizatorlara qarşı bugünki qanunvericilikdə olduğundan daha sərt sanksiyalar tətbiq ediləcək
Mamuka Mdinaradze - Narkorealizatorlara qarşı bugünki qanunvericilikdə olduğundan daha sərt sanksiyalar tətbiq ediləcək

Parlament əksəriyyətinin iclasında konkretləşdirildi ki, narkorealizatorlara qarşı bugünki qanunvericilikdə olduğundan daha sərt sanksiyalar tətbiq ediləcək, – bu barədə bəyanatı iclas başa çatdıqdan sonra “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Onun dəyərləndirməsinə görə, iclasda bir çox məsələ ilə bağlı mövqelər bir-birinə yaxınlaşdı.

“Praktiki olaraq, bütün məsələlər yekunlaşdırıldı və mövqelər bir-birinə daha çox yaxınlaşdı. Bu məsələlər həftənin sonuna qədər daha təfərrüatlı şəkildə gözdən keçiriləcək.

Qərar verildi ki, narkotikdən istifadə edən şəxslərə qarşı qanun daha humanist olacaq” – dedi Mamuka Mdinaradze.

Deputatın dediyinə görə, məsələ ilə bağlı müzakirə olunması gərəkən sadəcə bir neçə detal qaldı.