Mamuka Mdinaradze - "Milli Hərəkat" tərəfindən seçki günü aksiyanı elan etmək, təxribat və ümidsizliyin pikidir
Mamuka Mdinaradze - "Milli Hərəkat" tərəfindən seçki günü aksiyanı elan etmək, təxribat və ümidsizliyin pikidir

“Milli Hərəkat” partiyasının hansısa uğurun real resursu yoxudur, bunu çox yaxşı bilirlər, buna görə seçkilərə qədər bir neçə gün əvvəl, onlar planlarını dəyişdilər, – bu barədə Parlament çoxluğunun üzvü, Mamuka Mdinaradze bəyan etdi.

Mamuka Mdinaradzenin qeyd etdiyinə görə, çoxminlik aksiyanın, mitinqtin keçirilməsi vaxtı olaraq “Milli Hərəkat” gündüz saat 12-ni göstərib.

“Biz bu aksiyanın legitimliyi və ya qanunsuzluğu barəsində çox danışacağıq. Hər halda, mən ictimayyətə quru məlumat çatdırdım, bizim, mənim dəyərləndirməmlə və güman ki, hamı əmin oldu ki, bu dəyərləndirmədə subyektiv heçnə yox idi. Ölkədə siyasi arenada ikinci yerdə olan, düzdür az reytinqlə, lakin hər halda ikinci yerdə olan partiya aksiyanı elan edir və Meriyadan icazə istəyir və ya xəbərdarlıq verir ki, seçkilər günü saat 12:00-da aksiya olacaq. Bu təxribat və ümidsizliyin pikidir”, – Mamuka Mdinaradze bəyan etdi.

Mamuka Mdinaradze bu günki brifinqdə bəyan etdi ki, Tbilisi Meriyasına məktub daxil olub ki, ona da əsasən “Milli Hərəkat” seçkilər günü Parlament qarşısında saat 12:00-dan toplanır və onlar aksiya və qarmaqarşıqlıq üçün hazırlaşırlar.