Mamuka Mdinaradze - bir mitinqçiyə bir jurnalist, iki operator və on polis işçisi düşür
Mamuka Mdinaradze - bir mitinqçiyə bir jurnalist, iki operator və on polis işçisi düşür

Gürcüstan Parlamenti vətəndaşların ehtiyaclarına orientirləşdirilib, – bu barədə Parlament çoxluğunun lideri, Mamuka Mdinaradze Parlamentin həyətində, jurnalistlər ilə söhbəti zamanı bəyan etdi.

Mamuka Mdinaradze Parlament qarşısında müxalifət tərəfindən təşkil olunmuş etiraz aksiyası barəsində danışdı.

“Bu gün əsas mövzulardan biri Arçil Talakvadzenin hesabatıdır və yaxşı olar Parlamentin sədrini dinləsinlər ki, əslində Parlament nə edir və necə işləyir. Parlament bir sıra işlər görür və vətəndaşların ehtiyaclarına orientirləşdirilib. Yaxşı olar bunları dinləsinlər. Bir mitinqçiyə bir jurnalist, iki operator və on polis işçisi düşür. Bilərkdən və ya bilməyərəkdən bu insanlara artıq jurnalistlər kömək edirlər ki, performanslar qurulsun. Buna görə, Parlamentə çıxın və hər şeyə cavab verəcəm”, – Mamuka Mdinaradze bəyan etdi.