Mamuka Xazaradze bəyan edir ki, "Lelo" hərəkatının üzvləri haqqında məlumatı Birinci Kanal onların kompyuterindən alıb
Mamuka Xazaradze bəyan edir ki, "Lelo" hərəkatının üzvləri haqqında məlumatı Birinci Kanal onların kompyuterindən alıb

İctimai hərəkat “Lelo”-nun” təsisçisi Mamuka Xazaradze bəyan edir ki, Birinci Kanal tərəfindən “Lelo” hərəkatını üzvləri haqqında yaydığı məlumat onların kompyuterindən oğurlanıb.

Qeyd edək ki, Gürcüstanın Birinci Kanalının 1tv.ge veb-səhifəsində dünən “Mamuka Xazaradze “Lelo”-nun 12 üzvünü sabah təqdim edəcək” adlı məlumat yayıldı.

Bu məlumatın hazırlanması ilə bağlı Birinci Kanal hərəkatın üzvləri ilə əlaqə saxladı və hərəkatın bəzi üzvləri üzvlüyünü təsdiqlədi, bəziləri isə, dəqiqləşdirməkdən baş qaçırtdı.

Qeyd olunmalıdır ki, “Lelo” hərəkatının ehtimal olunan üzvləri haqqında məlumat müxtəlif medya vasitələrində və sosiyal şəbəkə Facebook-da sentyabrın 12-dən, yəni hərəkatın təqdimat günündən etibarən yayılırdı.

Bugün isə, Mamuka Xazaradze belə bir bəyanat verdi:

“Bildiyniz kimi bizim ofisimizin divarları şüşədəndir və bu da deməkdir ki, burada heçnə gizli qalmır. Biz ictimaiyyətdən heçnə saxlamağı düşünmürük. Dünən isə, belə bir fakt baş verdi. Aşkar olundu ki, hərəkat üzvlərinin bügün təqdim edəcəyim siyahısı, dünəndən İctimai Yayımçının veb-səhifəsinə kopyalanıb.

Biz Birinci kanala bu məlumatı verməmişik, çünki, siyahıyı mən təqdim etmək istəyirdim.

Yəni, maliyyələşdirilməsində hər birimizin iştirak etdiyimiz İctimai Yayımçı bu məlumatı müxtəlif vasitələrlə əldə edib, bizdən öncə yayıb.

Bizim kimsələrə vermədiyimiz məlumat ofisdəki kompyuterimizdən götürülüb”.