Mamuka Xazaradze - Anaklia layihəsinin davam etməsi üçün tək çıxış yolu odur ki, iqtidarın rəsmi nümayəndəsi Londona, Nyu-Yorka və Holandiaya gedib, şirkətlərə bildirsin ki, Gürcüstan dövləti onları Anakliada gözləyir
Mamuka Xazaradze - Anaklia layihəsinin davam etməsi üçün tək çıxış yolu odur ki, iqtidarın rəsmi nümayəndəsi Londona, Nyu-Yorka və Holandiaya gedib, şirkətlərə bildirsin ki, Gürcüstan dövləti onları Anakliada gözləyir

Anaklia layihəsinin davam etməsi üçün tək çıxış yolu odur ki, iqtidarın rəsmi nümayəndəsi əlində ciddi sənədlə Londona, Nyu-Yorka və Holandiaya gedib, şirkətlərə bildirsin ki, Gürcüstan dövləti hazırdır və onları Anakliada gözləyir – bu bəyanatı ictimai hərəkat “Lelonun” təsisçisi Mamuka Xazaradze verdi.

Onun dediyinə görə, bu addım layihənin davam etməsi üçün ciddi mövqe olacaq.

“Bu gün Anaklia layihəsinin müddətinin uzadılması ilə bağlı bəyanatlar eşitdik, ancaq bu növbəti yalandır. Bu əhaliyi və Anaklia layihəsinin tərəfdarlarını səhvə salmaq cəhdidir. İnvestorların praktiki olaraq, ölkədən qoylandığı halda, layihə müddətinin uzadılması haqqında söhbət, iqtidarın periodik şəkildə təkrarladığı yalan ssenaridir. Güya biz investisiya gətirə bilmədik və güya maliyyə vəsaiti çatışmadığı üçün layihənin müddəti uzadılmalı oldu.

Bütün məsuliyyətimlə bəyan edirəm ki, milli əhəmiyyət daşıyan Anaklia limanı layihəmizin davam etməsi üçün, iqtidar boynuna almaıdır ki, ölkədə investisiya şəraitləri pisləşib. Bu il xarici investisiya göstəricisində 54 faizlik düşüş var. Bəllidir ki, beynəlxalq maliyyə təşkilatları Gürcüstan iqtidarına güvənmirlər.

Layihənin davam etməsi üçün tək çıxış yol oldur ki, iqtidar nümayəndəsi gedib, bizim gətirdiymiz investorlarla danışıb, inandırsın ki, Gürcüstan höküməti layihə üçün hazırdır” – dedi Mamuka Xazaradze.

Şərh yaz