Mamuka Baxtadzenin Ermənistana rəsmi səfəri başladı
Mamuka Baxtadzenin Ermənistana rəsmi səfəri başladı

Gürcüstanın baş  naziri, Mamuka Baxtadzenin Ermənistan Respublikasına rəsmi səfəri başladı. Gürcüstanın hökumət başçısını “Zvartnosi” beynəlxalq aeroportunda Ermənistan Respublikasının Xarici İşlər naziri Zohrab Mnasakaniyan qarşıladı.

Ermənistan Respublikasının hökumət evində Gürcüstanın baş nazirinin rəsmi qarşılama mərasimi keçirildi. Hökumət başçısına erməni həmkarı, Nikol Paşinyan ev sahibliyi etdi. İki ölkənin himni səsləndirildi. Hökumət başçıları bir birlərinə nümayədə heyətinin üzvlərini təqdim etdilər.

Görüşdən sonra Mamuka Baxtadze və Nikol Paşinyan media üçün bəyanatlar verəcəklər.

Rəsmi səfər çərçivəsində Gürcüstanın baş  naziri Ermənistan Respublikasının prezidenti, Armen Sarkisiyan və parlamentin sədri, Ara Babloyan ilə görüşlər keçirəcək.

Şərh yaz