Mamuka Baxtadze - yeni vergi islahatının böyük hissəsi bizim kiçik sahibkarlar tərəfindən təklif olunub
Mamuka Baxtadze - yeni vergi islahatının böyük hissəsi bizim kiçik sahibkarlar tərəfindən təklif olunub

Yeni vergi rejimi bölmənin daha artıq şəffaflığını təmin edir, bu isə, öz növbəsində kiçik sahibkarlara imkan yaradır ki, maliyyə ehtiyyatları daha artıq əlçatarlı olsun, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bu günki brifinqdə bəyan etdi.

Baş nazir hökumətin kiçik sahibkarlara təklif etdiyi vergi rejimi barəsində təfərrüatlı söhbət etdi.

“Kiçik biznes statusu illik gəliri 500 000-dən artıq olmayan sahibkarlara verilir. Buna qədər bu rəqəm 100 000 idi; Kiçik biznesin vergi gəliri beşdən iki faizə qədər azalır; Kiçik biznes üçün ən asan verginin hesablanması imkanı qorunub saxlanır. Verginin ödənilməsi ayda bir dəfə baş verir. Bundan əvvəl sahibkarlar vergini avans rejimində həyata keçirirdilər”, – Mamuka Baxtadze bəyan etdi.

Baş nazir həmçinin qeyd etdi ki, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmək, sahibkarın kiçik biznes statusunun itirməsi dəmək deyil.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.