Mamuka Baxtadze yeddi regionda yeni qubernatorlar təyin etdi
Mamuka Baxtadze yeddi regionda yeni qubernatorlar təyin etdi

Gürcüstanın yeddi regionunun yeni qubernatorları var.

Yeni dövlət səlahiyyətlilərini baş nazir Mamuka Baxtadze bugün hökümət administrasiyasında təqdim etdi.

Sameqrelo Zemo-Svaneti regionunda qubernator vəzifəsinə Aleksandre Motserelia təyin edildi.

Quriya regionunda – Zurab Nasaria.

Samtsxe-Cavaxetidə – Besik Amiranaşvili

Mstxeta Mtianetidə – Şalva Kereselidze.

Kvemo-Kartlidə – Şota Rexviaşvili.

Şida-Kartlidə Şavleqo Tabatadze.

Kadr dəyişiklikləri qubernator müavinlərinədə toxunacaq.

Yeddi regionun sabiq qubernatorları vəzifələrindən cari ilin iyulun 26-da azad edildilər. Onların arasında sadəcə Quriya regionunun qubernatoru Merab Naçkebia yox idi. Onun vəzifəsindən azad edildiyi haqda bugün məlum oldu.

Vəzifəsini qoruyan qubernatorlar isə, Kaxeti rayonunun qubernatoru İrakli Kadagişvili və Raça-Leçxumi bölqəsinin qubernatoru Arçil Caparidzedir.