Mamuka Baxtadze - vətəndaşlardan şəxsən bir çox müraciət qəbul edirdim ki, "Ryanair"-ı Gürcüstanda görək və biz bunu etdik
Mamuka Baxtadze - vətəndaşlardan şəxsən bir çox müraciət qəbul edirdim ki, "Ryanair"-ı Gürcüstanda görək və biz bunu etdik

Vətəndaşlardan şəxsən bir çox müraciət qəbul edirdim ki, “Ryanair”-ı Gürcüstanda görək və biz bunu etdik, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “Ryanair” aviaşirkətinin kommersiya direktoru, Devid Obrayen ilə görüşü zamanı bəyan etdi.

Hökumət başçısının qeyd etdiyinə görə, birinci mərhələdə aviaşirkət uçuşları üç istiqamətlə yerinə yetirəcək. Buradan bir uçuş Tbilisidən, ikisi isə, Kutaisi aeroportundan həyata keçiriləcək. “Ryanair” aviareyslərini mərhələ şəklində artıracaq.

Baş nazirin dediyinə görə, qeyd olunan müaqavilə ölkəyə daha artıq imkanlar yaradacaq ki, Avropa İttifaqı ölkələrində daha çox turist cəlb etsin, Gürcüstan vətəndaşlarının isə, ən ucuz səyahət etməyə imkanları olacaq.

Gürcüstanın baş naziri və “Ryanair” aviaşirkətinin kommersiya direktoru arasında görüş hökumət administrasiyasında keçirildi.