Mamuka Baxtadze - vacibdir ki, Gürcüstanda inklüziv artıma nail olaq, bu isə, yalnız bölgələrin bərabər inkişafı ilə mümkündür
Mamuka Baxtadze - vacibdir ki, Gürcüstanda inklüziv artıma nail olaq, bu isə, yalnız bölgələrin bərabər inkişafı ilə mümkündür

Gürclü bölgələr güclü Gürcüstan deməkdir və müvafiq olaraq, bölgə inkişafı hakimimiyyətimizin ən önəmli prioritetidir, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan etdi.

Baş nazirin qeyd etdiyinə görə, 2019-cu ildə infrastruktur layihələrinin maliyyələşdirilməsi 20 faiz ilə artdı. Bu isə, Gürcüstan tarixində ən böyük rəqəmdir.

Onun dediyinə görə, bölgə idarəsi strukturu, müxtəlif prosedurlar dəyişdi və müvafiq nətəcələr də mövcuddur. Mamuka Baxtadze açıqladı ki, bu yerli əhəmiyyətli yolar, sunun çatdırılması sistemləri, idman və təhsil insrastrukturunun inkişafı ilə bağlı müxtəlif infrastruktur proqramlardır.

Bununla yanaşı o, Bölgə İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili və onun komandasına təşəkkürünü bildirdi.