Mamuka Baxtadze təsdiq edir ki, baş nazir vəzifəsini tərk edir
Mamuka Baxtadze təsdiq edir ki, baş nazir vəzifəsini tərk edir

Gürcüstanın baş naziri, Mamuka Baxtadze vəzifəsini tərk edir.

Az öncə Mamuka Baxtadze “feysbukda” post yaydı: “Mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət idi ki, Gürcüstanın baş naziri vəzifəsində ölkəmizin maraqlarının qorunmasına xidmət edəydim. Mən “Gürcü Arzusunun” üzvü idim və varam. Məndən öncə olan baş nazirlərə minnətdarlığımı bildirirəm və gələcək baş nazirə uğurlar arzulamaq istəyirəm”.

Konstitusiya ilə, baş nazirin səlahiyyətləri istefa verən kimi dayandırılır, halbuki hökumət vəzifəsinin yerinə yetirilməsini yeni baş nazirin təyin edilməsinə qədər davam etdirir.

Mamuka Baxtadzeni Parlament Gürcüstanın baş naziri olaraq 2018-ci ilin iyunun 20-də təsdiq etdi.

 

Şərh yaz