Mamuka Baxtadze - Sülh bizə elə bir Gürcüstanı gətirəcək, hansında yaşamaq işğal edilmiş ərazidə yaşayan vətəndaşlarımız üçün alternativsiz bir təklif olacaq
Mamuka Baxtadze - Sülh bizə elə bir Gürcüstanı gətirəcək, hansında yaşamaq işğal edilmiş ərazidə yaşayan vətəndaşlarımız üçün alternativsiz bir təklif olacaq

Sülh bizə elə bir Gürcüstanı gətirəcək, hansında yaşamaq işğal edilmiş ərazidə yaşayan vətəndaşlarımız üçün alternativsiz bir təklif olacaq və biz birlikdə güclü dövlət yaradacağıq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze bugün keçirdiyi mətbuat konfransında verdi.

Mamuka Baxtaze qeyd etdi ki, 10 il bundan əvvəl Rusiya Federasiyası Gürcüstan dövlətçiliyinə qarşı yenə bir aqressiya törətdi və bu ölkənin yaxın tarixinin ən faciəli günləri idi.

Baş nazir avqustun 7-də Gürcüstana Polşanın, Litvanın, Latviyanın Xarici İşlər Nazirliyinin və Ukraynanın vitse-premyerinin səfərinə və onların avqust müharibəsinin 10 illiyinə həsr olunan tədbirlərdə iştirak etdiklərinə səsləndi və təşəkkür etdi.

“Dost ölkələrimiz və beynəlxalq institutlar ölkəmizi və dövlətçilik dəyərlərimizi dəstəklədiklərini bir daha təsdiqlədilər. Onlara, xüsusi ilə də bu ağır tarixdə bizə dəstək olduqları üçün bir daha təşəkkür edirəm” – dedi Mamuka Baxtadze.